Valyuta tənzimi qaydalarını pozanlar cərimələndi

Valyuta tənzimi qaydalarını pozanlar cərimələndi
16:58 31 Dekabr 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Valyuta mübadiləsi ilə məşğul olanlar cərimələnib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərdəki mərkəzi bazarın ərazisində, müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri - şəhər sakinləri Yusif Məmmədov və Səbuhi Abdullayev valyuta tənzimi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən hər biri 90 manat cərimə edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2476137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR