Professor Adil Abdullayev: Həmrəylik günü Türkiyədə yaşayan azərbaycanlılar üçün əsl el bayramıdır

Professor Adil Abdullayev: Həmrəylik günü Türkiyədə yaşayan azərbaycanlılar üçün əsl el bayramıdır
16:58 31 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 31 dekabr, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Türkiyədə yaşayan, işləyən və təhsil alan azərbaycanlıları bir araya gətirən ən əziz bayramdır. Həmrəylik günü qardaş ölkədəki soydaşlarımız daha da sıx birləşir, bir-birlərini arayır, Azərbaycan dövlətinin müstəqillik işığında toplaşırlar. Bir sözlə, həmrəylik günü Türkiyədə yaşayan azərbaycanlılar üçün əsl el bayramıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində professor Adil Abdullayev söyləyib. O deyib: ”Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ötən dövrdə dünya təqvimində əlamətdar gün kimi özünü doğruldub. Dekabrın 31-i xalqların bölünməsinə və parçalanmasına “yox” deyən bir mübarizə günüdür”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Professor_Adil_Abdullayev_Hemreylik_gunu_Turkiyede_yasayan_azerbaycanlilar_uchun_esl_el_bayramidir-915732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR