Küveyt neftin büdcə qiymətini 30 dollar/barel həddində təsdiq edib

17:12 31 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Küveyt, gələn il yanacaq subsidiyalarını əsaslı şəkildə azaltmaq və bir sıra islahatlar həyata keçirməklə 1-2 mlrd. dinar (3,3-6,6 mlrd. dollar) qənaətə nail olmaq fikrindədir. Qeyd edək ki, Küveytin 2015-ci il büdcəsində neftin baza qiyməti 45 dollar/bareldən götürülüb və büdcə kəsiri 27 mlrd. dollar səviyyəsində təsdiq olunub.
Qeyd edək ki, dünya bazarında neftin kəskin ucuzlaşması səbəbindən Küveyt də daxil olmaqla, 13 OPEC ölkəsindən 9-u 2015-ci ildə büdcə kəsiri ilə üzləşib.
Bir qədər əvvəl Səudiyyə Ərəbistanı da 2016-ci ilin büdcəsini ictimaiyyətə açıqlayıb: neftin baza qiyməti - 29-37 dollar/barel (son 10 ilin ən aşağı həddi).
Azərbaycan isə 2016-ci ilin dövlət büdcəsində neftin baza qiymətini 50 dollar/barel səviyyəsində təsdiq edib. Qeyd edək ki, hazırda Azərbaycan neftinin dünya bazarında qiyməti 37-38 dollar/barel təşkil edir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/kuveyt-neftin-budce-qiymetini-30-dollar-barel-heddinde-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR