Fyodor Yemelyanenko nokautla qayıtdı - VİDEO

Fyodor Yemelyanenko nokautla qayıtdı - VİDEO
17:17 31 Dekabr 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyalı döyüşçü Fyodor Yemelyanenko 3 illik fasilədən sonra rinqə çıxıb.
Milli.Az "Report"a istinadən bildirir ki, 39 yaşlı idmançı Yaponiyada özündən 11 yaş kiçik hindistanlı Ceydip Sinqhlə üz-üzə gəlib.
Qarşılaşma elə ilk raunddaca başa çatıb. Yemelyanenko rəqibini yerə yıxaraq, ona boğucu fənd tətbiq etdikdən sonra zərbələr endirməyə başlayıb. Referi isə görüşü dayandıraraq, rusiyalı döyüşçünü qalib elan edib.
Qeyd edək ki, Fyodor Yemelyanenko sonuncu dəfə 21 iyun 2012-ci ildə rinqə çıxıb. O, braziliyalı Pedro Rizzonu nokautla yenib.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR