Sumqayıtdakı “N” saylı hərbi hissədə “ Açıq qapı” günü təşkil edilib

Sumqayıtdakı “N” saylı hərbi hissədə “ Açıq qapı” günü təşkil edilib
18:23 31 Dekabr 2015
100 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 31 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyi Sumqayıtda yerləşən “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun hərbi hissənin şəxsi heyətinə təbrik məktubu oxunub.
Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, büstü önünə gül dəstələri düzüblər.
Sonra Müdafiə Nazirliyinin və Bakı korpusunun yüksək rütbəli hərbçiləri “Açıq qapı”da iştirak edən əsgər valideynləri ilə görüşüblər. Bildirilib ki, Müdafiə Nazirliyinin bütün hərbi hissələrində həyata keçirilən "Açıq qapı" günü valideynlərlə onların hərbi qulluqda olan övladları arasında bir növ canlı körpü rolunu oynayır. “Açıq qapı” formatında təşkil olunan tədbirinin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, gənc əsgərlərin qulluq yerində doğmalarını görmələri onların xidməti daha həvəslə yerinə yetirmələrinə müsbət təsir göstərir.
Valideynlərə xidməti və inzibati binalara, camaşırxana, hamam, eləcə də əsgər yataqxanası və yeməkxanasına baş çəkmək imkanı yaradılıb. Hərbi hissə ilə tanışlıq zamanı əsgər valideynlərinə və yaxınlarına xidmət şəraiti, əsgərlərin gündəlik həyat tərzi barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda zabit heyəti, həmçinin valideynlər əsgər süfrəsində nahar ediblər.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitdaki_N_sayli_herbi_hissede__Achiq_qapi_gunu_teskil_edilib-915738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR