Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib
18:48 31 Dekabr 2015
75 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 31 dekabr, AZƏRTAC
Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bəyimsarov kənd sakini İnam Paşazadənin və Bərdə rayon sakini Elməddin Camalovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə İ.Paşazadə və onun avtomobilində olan sərnişinlər Anar Əlizadə, Yavər Kərimli və Babək Baxışalıyev xəstəxanaya aparılarkən yolda ölüb, E.Camalov və bir sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR