FHN-i aldadan şəxs tutuldu

FHN-i aldadan şəxs tutuldu
19:32 31 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng edərək yalandan məlumat verən şəxs tutulub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dekabrın 30-da saat 18:52-də özünü Süleymanov Samir adı ilə təqdim etmiş şəxs FHN-in "112" xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən "Almas" şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib.

Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb.

Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Şamil Süleymanov tərəfindən edilməsi müəyyən edilib və rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR