Azərbaycanlının Rusiyadakı qeyri-adi oğurluğu

Azərbaycanlının Rusiyadakı qeyri-adi oğurluğu
19:37 31 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Rusiyada qəribə oğurluq hadisəsi baş verib. Azərbaycanlı cibgir iflic uşaqların müayinəsi üçün vətəndaşların pul atdığı şüşə qabı oğurlayıb.

Milli.Az ansperss-ə istinadən bildirir ki, bu barədə Saratov vilayəti Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə dekabr ayının 30 Saratovda qeydə alınıb. 17 yaşlı həmyerlimiz ticarət mərkəzlərindən birində 2189 rubl olan şüşə qabı oğurlayıb. Lakin o, ticarət mərkəzindən çıxa bilməyib. Polis əməkdaşları həmyerlimizi saxlayaraq istintaqa cəlb ediblər. Onun oğurladığı pullar geri qaytarılıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Bu il oktyabr ayının 24-də Ankarada un məmulatları satan bir mağazaya girən qadın və kişi də yardıma möhtac olan insanlar üçün nəzərdə tutulan nəzir qutusunu oğurlayıblar. Mağazaya girən kişi satıcının başını qatıb. Qadın isə ətrafa baxdıqdan sonra qutunu sakitcə götürüb və çantasına qoyub. Bir müddət mağazada dayanan oğrular daha sonra oranı tərk edərək hadisə yerindən qaçıblar.

Azərbaycanda isə belə bir hadisə fevral ayının 9-da Sabunçu rayonu ərazisində baş verib.

Balaxanı qəsəbəsi yeni sahədə yerləşən Cümə Məscidinin açıq olan qapısından keçən şəxs və ya şəxslər nəzir qutusunu sındıraraq 3 manat və təhlükəsizlik kamerasını oğurlayıblar.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR