Dəniz nəqliyyatı ilə 7,2 min nəfər sərnişin daşınıb

Dəniz nəqliyyatı ilə 7,2 min nəfər sərnişin daşınıb
19:48 31 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 31dekabr, AZƏRTAC
Dəniz nəqliyyatı ilə 2015-ci ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 6,2 milyon ton təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 31,4 faiz azdır. Daşınan yüklərin 66,4 faizi neft məhsullarıdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dəniz limanlarında 7,9 milyon ton yükləmə-boşaltma işləri görülüb. Yüklərin 94,2 faizini tranzit yüklər təşkil edib. Dekabr ayının 1-nə qədər limanlarda göndərilmək üçün 113,8 min ton idxal yükləri olub.
Dəniz nəqliyyatı ilə bu ilin 11 ayı ərzində 7,2 min nəfər sərnişin daşınıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Deniz_neqliyyati_ile_72_min_nefer_sernisin_dasinib-915743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR