Yeni ilin ilk günündə Rusiya üçün dollar şoku

Yeni ilin ilk günündə Rusiya üçün dollar şoku
20:51 31 Dekabr 2015
538 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin birinci günündə Rusiyada dolların məzənnəsi rekord dərəcədə yüksək qiymətə dəyişdiriləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankı xəbər yayıb.

Mərkəzi Bankın 2016-cı il yanvarın 1-ə valyuta kurslarının açıqlamasında bildirilir ki, dolların məzənnəsi 72 rubl 93 qəpik təşkil edəcək. Beləliklə Rusiyada dolların qiymətində kəskin artımlar davam edir.

Bu gün məzənnə bir dollar 72 rubl 88 qəpik təşkil edir. Dollar bu həddə ilk dəfə 17 il əvvəl, 1998-ci ildə olub. 2016-cı ilin ilk günündə avronun kursu 79 rubl 64 qəpik təşkil edəcək.



Azərbaycanda da milli valyuta dollar qarşısında dəyər itirir. Bu ilin ilk 5 ayında neftin dünya qiyməti artıma meyl göstərərək 1 barelə görə 68 ABŞ dollarınadək yüksəlsə də, sonradan yenidən kəskin azalaraq 1 barelə görə 37 ABŞ dollarına enib. Bu, son 11 ilin ən aşağı səviyyəsidir. Ümumilikdə 2014-cü ilin iyun ayından neftin qiyməti 3 dəfədən çox aşağı düşüb.

Neftin bu dərəcədə ucuzlaşması manatın da dəyərdən düşməsinə səbəb olub. Hazırda 1 manat 1,5594 dollara, 1,7046 avroya dəyişdirilir.

Mərkəzi Bankın valyuta bazarında satışları 8 mlrd. ABŞ dollarını ötmüş, valyuta ehtiyatları isə 5 mlrd. ABŞ dollarınadək düşüb. Bunu nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR