Hərbi Hissədə “Açıq Qapı” günü keçirilib

Hərbi Hissədə “Açıq Qapı” günü keçirilib
21:42 31 Dekabr 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, Bərdədəki N saylı Hərbi Hissədə "Açıq Qapı" günü təşkil edilib. Hərbi hissəyə gələn əsgərlərin valideynləri və yaxınları burada onlar üçün yaradılmış şəraitlə tanış olublar. Tədbir iştirakçıları xidməti və inzibati binalara baş çəkiblər. Onlara əsgər yataqxanası və yeməkxanasındakı vəziyyətlə tanışlıq imkanı yaradılıb. Valideynləri maraqlandıran suallar cavablandırılıb. "Mən bugünki gündə fəxr edirəm ki, bizim ana-bacılarımız, bizim dostlarımız, atalarımız, qardaşlarımız öz evlərində rahat  öz bayramlarını keçirdirlər və bu minvalnan biz öz heyətimizlə bərabər və müdafiə nazirliyinin bizə tapşırdığı bizə etibar etdiyi silah-sursatı, döyüş qurğularımızla vətənin müdafiəsində dururuq. Hər zaman əlimizdən gələni etməyi hazırıq" deyə hərbçi Rövşən Məmmədov bildirib. Məktəblilər silah-sursatla maraqlanıblar. Onlara silahların sökülüb-yığılması qaydaları öyrədilib. Hərbi hissə ilə tanışlıqdan sonra çıxış edən valideynlər və şagirdlər belə tədbirlərin keçirilməsindən məmnunluqlarını dilə gətiriblər. Tədbirin sonunda xidmətdə fərqlənən əsgərlərə fəxri fərman və diplomlar təqdim edilib. Xidmət keçən əsgərlər hər an döyüşə hazır olduqlarını bildiriblər. Daha sonra incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR