Lənkəran Dövlət Dram Teatrı Tehranda keçiriləcək beynəlxalq festivala dəvət alıb

Lənkəran Dövlət Dram Teatrı Tehranda keçiriləcək beynəlxalq festivala dəvət alıb
22:18 31 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 31 dekabr, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasının paytaxtı Tehranda keçiriləcək XXXIV Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunub.
Teatrın direktoru Tofiq Heydərov AZƏRTAC-a bildirib ki, 2016-cı il yanvarın 5-dən 20-dək keçiriləcək festivalda Lənkəran Dövlət Dram Teatrının kollektivi tamaşaçılara İran yazıçısı Bəhram Bizayinin “İlan Sultan” tamaşasını təqdim edəcək.
Dekabr ayında Lənkəranda premyerası keçirilən bu səhnə əsərinin quruluşçu rejissoru iranlı rejissor Xeyrullah Təğiyanipurdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeran_Dovlet_Dram_Teatri_Tehranda_kechirilecek_beynelxalq_festivala_devet_alib-915748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR