ABŞ İrana yeni sanksiyalar tətbiq edir

ABŞ İrana yeni sanksiyalar tətbiq edir
23:06 31 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.

ANS PRESS-in məlumatına görə, ABŞ İranda ballistik raketlərin yaradılmasına görə, yaxın günlərdə İranın bəzi şəxsləri və şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.

ABŞ agentlərinin verdiyi məlumatlara əsasən, BƏƏ və Honkonqdan olan bəzi fiziki şəxslərə də İranda yaranmış ballistik raketlərinin hazırlanmasında iştirakına görə qadağalar qoyulacaq.

Bildirilir ki, sanksiyalara düşmüş şəxslərlə iş aparan ABŞ şirkətlərinə də bundan sonra qadağalar qoyulacaq. Eyni zamanda, sanksiya siyahısında olan şəxs və ya şirkətlərin ABŞ banklarında aktivləri varsa, onlar da avtomatik olaraq dondurulacaq.

Bu ABŞ Maliyyə Nazirliyi tərəfindən İrana qarşı tətbiq olunan ilk sanksiyalar olacaq. Əslində, bu barədə qabaqcadan ABŞ İrana xəbərdarlıq edib. Belə ki, İran ballistik raket hazırlayacağı təqdirdə ABŞ İrana qarşı sansiyalar sürəcəyini hələ iyul ayında deyib. ABŞ hökümətinin sözlərinə görə, əgər İranın yaratdığı ballistik raket təhlükəli görünərsə, o zaman bu ölkənin şirkətlərinə qarşı sansiyalar planı hazırlana bilər.

Bu ayın 15-də Ağ Evin rəsmi nümayəndəsi Con Ernest bu barədə artıq İrana xəbərdarlıq edib. "Əgər hökümət hər hansı bir təhlükə hiss edərsə, İrana qarşı mütləq bir addım atılacaq. Şübhəsiz, bu tədbirlərin sanksiyalardan ibarət olacağını mən istisna etmirəm", - deyə Con əlavə edib.


Con Ernest - Ağ Evin rəsmi nümayəndəsi


Oktyabr ayında ABŞ prezidenti Barak Obama da çıxış edərək, Tehranın sonuncu sınaqları ilə əlaqədar narahatlığını belə dilə gətirib:

“İranla əldə olunan nüvə proqramı razılaşması xüsusi bir razılaşmadır və bu razılaşma İranın nüvə silahına sahib olmayacağını təmin edir. Lakin bu, İranla aramızda ziddiyət təşkil edən çoxsaylı məsələlərin həlli demək deyil. Ona görə də biz beynəlxalq ictimaiyyət və ya ikitərəfli kanallar vasitəsi ilə İrana qarşı təzyiqləri davam etdirəcək və onlara bildirməyə çalışacağıq ki, onlar üçün pis davranışların ağır nəticəsi ola bilər", - deyə o, bildirib.


Barak Obama - ABŞ prezidenti


Amerikalılar iddia edirlər ki, İran ballistik raketlərin sınağı ilə BMT-nin 2010-cu ildəki təhlükəsizlik şurasının qətnaməsini pozur. "Ballistik raketlərin hazırlamalarına Təhlükəsizlik şurasının qadağasını heç kim ləğv etməyib , silah embarqosu da, həmçinin, qüvvədə qalır və biz Təhlükəsizlik şurasının bu addımının nail olmağına davam edəcəyik", - deyə ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer bildirib.

Bundan başqa, ABŞ administrasiyasının fikrincə, bu sınaq nüvə sazişinin şərtlərini poza bilər.


İranın sınaqdan keçirdiyi ballistik raket


İran parlamenti nüvə proqramı üzrə Tehranla "Altılıq" ölkələri arasında əldə edilən nüvə sazişi razılaşmasını cari ilin oktyabrın 13-də təsdiqləyib.


"Altılıq"a daxil olan ölkələr


İranla "Altılıq" ölkələr arasında nüvə danışıqları hələ iyun ayından başlayıb. Lakin onda razılıqlar əldə olunmayıb. ABŞ əvvəlcə iyunun 30-da, daha sonra iyulun 9-da aparılan danışıqlıqların bir neçə dəfə uzadılmasının normal hal olduğu olduğunu bildirib. Bu zaman İslam Respublikası nüvə proqramı ilə fəaliyyətində geri çəkilib, bunun qarşılığında isə onlara beynəlxalq sanksiyaların ləğvi vəd edilib. Nüvə razılaşması iyulun 14-də Vyanada əldə olunub.


İyulda əldə olunmayan nüvə sazişi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR