Avropada Yeni il günü terror həyacanı yaşanır

Avropada Yeni il günü terror həyacanı yaşanır
23:26 31 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Yeni ilə terror gərginliyi ilə girir.

ANS PRESS-in məlumatına görə, Moskvadan Parisə qədər bir çox şəhərlərdə fövqəladə təhlükəsizlik tədbirləri görülür. Belçikanın paytaxtı Brüsseldə isə ümumiyyətlə Yeni il qeyd etmək ləğv olunub.

Brüssel Bələdiyyə Sədri Yvan Mayeur Yeni il gecəsi terror hücumu təhdidi səbəbindən bayramın keçirilməsi planlarının ləğv edildiyini bildirib. Lakin bayram təxirə salınmasaydı, De Broouckre meydanında keçiriləcək atəşfəşanlığı izləmək üçün ən azı 50 min nəfərin gəlməsi gözlənilirdi.

Bələdiyyə sədri Yvan Mayeur qərarı Daxili İşlər naziri Yan Vetçina ilə birgə verdiyini söyləyib. Belçikanın baş naziri Çarlz Mişel qərarın çətin, amma düzgün olduğunu düşünür. Onun sözlərinə əsasən, miqyası böyük olan izdihamlara nəzarət etmək mümkünsüzdür.


Çarlz Mişel - Belçikanın baş naziri


Avropanın digər ölkələrində də Yeni ili qeyd etmək çərçivəsində təhlükəsizlik tədbirləri hazırlanıb. Almaniyanın paytaxtı Berlində Brandenburq Qapısı ətrafında bir milyona yaxın insanın toplaşacağı gözlənilir. Buraya gələn insanlara özləri ilə birgə kürək çantası, çamadan və böyük çanta gətirmək qadağan olunub.


Almaniyada Brandenburq Qapısana gələnlərə çanta qadağası


Türkiyənin Ankara şəhərində Yeni il günü intihar etmək aksiyası planlaşdıran İŞİD terror təşkilatının iki üzvi polis əməkdaşları tərəfindən tutulub. Terror təşkilatçılarının aksiyanı həyata keçirmək üçün bir alış-veriş mərkəzini hədəf seçdikləri deyilir.

Yeni illə bağlı təhlükəsizlik tədbirləri Fransadan da yan keçməyib. Belə ki, Fransanın paytaxtı Parisdə xüsusi fövqəladə tədbirlər görülüb. Yeni il gecəsinin sakit keçməsi üçün 11 min polis, hərbçi və yanğınsöndürənlər keşik çəkəcəklər.

Rusiyada paytaxtı Moskvada isə Qızıl Meydan təhlükəsizlik səbəbi ilə bağlanıb. Çünki hər il Yeni ili keçirmək üçün on minlərlə insan buraya üz tutur.


Terror hadisələrinə görə Yeni ildə təhlükəsizlik tədbirləri görən ölkələr



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR