Dubayda oteldə güclü yanğın baş verib

Dubayda oteldə güclü yanğın baş verib
23:43 31 Dekabr 2015
88 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 31 dekabr, Nərmin Səfərli, AZƏRTAC
Dünyanın ən hündür binası olan Dubayın “Bürc-Xəlifə” göydələnin yaxınlığında yerləşən çoxmərtəbəli oteldə güclü yanğın baş verib.
AZƏRTAC bbc.com saytına istinadla xəbər verir ki, Dubay hökumətinin rəsmi Tvitter səhifəsində yerləşdirilən məlumata görə, yanğın 300 metr hündürlüyü olan “The Address” otelinin 20-ci mərtəbəsindən başlayıb və alov binanın böyük hissəsini əhatə edib. Yanğın nəticəsində zərərçəkənlərin olub-olmaması barədə isə məlumat verilməyib.
Qeyd edilir ki, “Bürc-Xəlifə” yaxınlığında təşkil olunan Yeni il atəşfəşanlığına tamaşa etməyə toplaşan insanlardan ərazini tərk etmələri xahiş olunub.
Yanğının səbəbi barədə isə məlumat verilməyib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR