Bakı. Trend:
Dubayın “Bürc-Xəlifə” göydələnin yaxınlığında yerləşən çoxmərtəbəli oteldə güclü yanğın baş verib.
Trend-in Al-Arabiya agentliyinə istinadən verilən məlumata görə, bu barədə şəhərin mülkü müdafiə xidməti məlumat verib.
Məlumata əsasən, yanğın 300 metr hündürlüyü olan “The Address Downtown” otelinin 20-ci mərtəbəsindən başlayıb və alov binanın böyük hissəsini əhatə edib.
Yanğın nəticəsində 14 nəfər yüngül xəsarətlər alıb. Yanğının səbəbi barədə isə məlumat verilməyib.
Hal-hazırda yanğın baş vermiş sahənin 90 faizi artıq söndürülüb.
Bizi Twitter-dən izləyin: @trend_az