Azərbaycanın 2016-cı il hədəfləri

Azərbaycanın 2016-cı il hədəfləri
00:36 1 Yanvar 2016
149 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan bu dəqiqələrdə 2016-cı ilə qədəm qoydu. Xalq və siyasi hakimiyyət 2016-ci ilə bir çox arzular, məqsədlər və nailiyyətlər ümidi ilə daxil olur.

Bu il Azərbaycanda müxtəlif sahələrdə realaşacaq və ya planlaşdırılan siyasi, iqtisadi, sosial, hərbi və idman sahələrindəki bəzi yeniliklər və hadisələrə qısaca nəzər salaq:

Siyasi - Azərbaycan xalqının 2016 –cı ildə reallaşamasını gözlədiyi əsas arzularından biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir.

ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündən sonra verdiyi açıqlamalarından birində dövlət başçılarının növbəti il görüşlərinin təşkil ediləcəyinə ümidli olduğunu deyib. Belə görüşlərin keçirilməsi isə münaqişənin həllinə öz tövhəsini verə bilər.


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında son görüş (19 dekabr 2015-ci il)


İlin ilk ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonunda vəziyyətin gərginləşməsi” və “İşğal olunmuş ərazilərdə sudan məhrum etmə və cəbhə xəttində bundan əziyyət çəkən insanlar” adlı məruzələr dinləniləcək.

Bu il həm də Azərbaycana bir sıra dövlət başçılarının səfərləri gözlənilir. Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana 2016-cı ilin ilk yarısında rəsmi səfər etmək niyyətindədir. Bu barədə Ukrayna prezidenti administrasiyasının rəsmi saytında bildirilir. Misir prezidenti Əbdül-Fəttah Əs-Sisi 2016-ci ilin martında Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir. Həmçinin prezident İlham Əliyev ötən il noyabrın 27 - 28 –də Belarusa səfəri zamanı Aleksandr Lukaşenkonu Azərbaycana rəsmi səfərə dəvət edib.


Prezidenti İlham Əliyevin Belarusa son səfəri


Azərbaycan bu gündən GUAM təşkilatına sədrlik edəcək. 2016-cı ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun Bakı şəhərində keçiriləcək.

İqtisadi - 2016-cı il həm də iqtisadi sferada yeniliklər gözlənilir. Fevralın 19-da Türkiyə -Azərbaycan-Gürcüstan İqtisadi Sammiti keçiriləcək. Bu sammit Qafqaz və Qara dəniz regionunda iqtisadi və siyasi əməkdaşılığın artırılmasına səbəb ola bilər.

Bu il həm də Azərbaycan vətəndaşları tarixdə ilk dəfə Türkiyəyə dəmir yolu ilə səfər etmək şansı əldə edəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2016-cı ilin birinci yarısında fəaliyyətə başlaması gözlənilir.


Bakı-Tbilisi-Qars dəmir yolunun keçəcəyi ərazilər (qırmızı xəttlə işarələnib)


Hazırda tikintisi davam edən Qəzvin-Rəşt-Astara dəmiryolunun da inşasının bu il başa çatdırılması planlaşdırılır.


İnşası davam edən Qəzvin-Rəşt-Astara dəmiryolu (qırmızı xəttlə işarələnib)


Xəzər dənizinin qaz ehtiyyatlarını Avropaya çatdıracaq “Trans - Adriatik” (TAP) boru kəmərinin Albaniya hissəsinin tikintisinə bu ildən başlanılacaq.


"Trans - Adriatik" qaz boru kəməri


Azərbaycan bu il həm də “Şahdəniz-2” layihəsi üzrə qaz hasilatına start veriləcək. Azərbaycanda ilk sənaye məhəlləsi bu il işə başlayacaq. Sənaye məhəlləsi Neftçala rayonunda yerləşir.

Azərbaycan ötən il Ukraynadan 10 ədəd An-178 sifariş verib. Təyyarənin sertifikatlaşdırılması bu ilin sonuna gözlənilir.


An-178 təyyarəsi


Sosial - 2016-cı ildə siyasi və iqtisadi sferada olduğu kimi sosial sahələrdə də yeniliklər gözlənilir. İlin ilk aylarından başlayaraq Təhsil Nazirliyini diaqnostik qiymətləndirmələrindən keçən müəlimlərin maaşları artırılacaq. Həmçinin bu ildən ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək. Fevraldan Azərbaycanda ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd alacaqlar. Prezindent İlham Əliyev ötən il bu barədə sərncam imzanayıb.

Bu il nəqliyyat sahəsində də yeniliklər baş verəcək. Məlumata görə, "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalarının bu ilin ilk yarısında təhvil verilməsi planlaşdırılır.


"Memar Əcəmi-2" stansiyası


Həmçinin bu ildən Nəqliyyat Nazirliyinin tabeliyində olan sərnişin avtobuslarının da kartla ödəniş sisteminə keçəcəyi və yeni avtobusların gətiriləcəyi gözlənilir. İnzibati Xətalar Məcələsinə edilən dəyişikliklər bu ilin may ayından qüvvəyə minəcək. Məcələdə bir sıra cərimələr artırılıb.

Hərbi - 2016-cı ildə Rusiya daha əvvəl imzalanmış müqavilə çərçivəsində Azərbaycana piyadaların döyüş maşınlarının (BMP-3) çatdırılmasını yekunlaşdıracaq.


BMP-3 markalı piyadaların döyüş maşını


Azərbaycan ilə Rusiya və Qazaxıstan arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb. Həmçinin Azərbaycan bu il Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “KADEKS-2016” Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət edilib. 2016-cı ildə Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə hərbi təlimlər keçirəcəklər.

İdman - Ötən olduğu kimi bu il də Azərbsycanın idman sahəsində böyük nailiyyətlər əldə edəcəyi gözlənilir. Azərbaycan 5 avqust -21 avqust tarixləri arasında Braziliyanın Rio de Janeyro şəhərində keçirilən 2016 Yay Olimpiya Oyunlarında iştirak edəcək. Həmçinin Bakı bu il “Formula 1 Avropa Qrand pri” yarışının ev sahibidir.


Bakıda “Formula 1"

Bakıda Şahmat Olimpiadasının 2016-cı ilin sentyabrında təşkili nəzərdə tutulub.

Yuxarıda göstərilənlər bu il Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi və idman sahələrində gözləntilərimizdən və realaşacaq layihələrdən yalnız anonsu verilənlərdir. Bu o demək deyil ki, yeniliklər bu yazılanlarla bitəcək. Yəqin ki, il ərzində Azərbaycanı xarici və daxili siyasətdə yeni uğurlar gözləyir...!

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR