“WhatsApp” çökdü

“WhatsApp” çökdü
02:01 1 Yanvar 2016
177 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən populyar mesajlaşma şəbəkələrindən olan “WhatsApp”da problem yaranıb. ANS PRESS-in məlumatına görə, istifadəçilər təxminən yarım saata yaxın şəbəkədən istifadə edə bilməyib.

Problemə “WhatsApp”ın serverlərində yaranan nasazlığın səbəb olduğu bildirilib. Şirkət rəsmiləri isə yaranmış nasazlıq barədə hər hansı bir açıqlama verməyib. Hazırda şəbəkədən istifadədə hər hansı bir problemin olmadığı bildirilir.

Problemlə sadəcə Avropa istifadəçilərinin üzləşdiyi, nasazlığın ABŞ istifadəçilərinə təsir etmədiyi qeyd edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR