GUAM-a sədrlik Azərbaycana keçib

GUAM-a sədrlik Azərbaycana keçib
08:42 1 Yanvar 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat - GUAM-a sədrlik 2016-cı il yanvarın 1-dən Ukraynadan Azərbaycana keçib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə GUAM Xarici İşlər Nazirləri Şurasının ötən ilin dekabrında Belqradda keçirilən toplantısında qərar qəbul edilib.
 
Təşkilatın baş katibi vəzifəsini isə qarşıdan gələn 4 il ərzində Azərbaycanın İspaniyadakı keçmiş səfiri Altay Əfəndiyev icra edəcək.
 
Qeyd edək ki, bundan əvvəl GUAM-ın baş katibi vəzifəsini gürcüstanlı diplomat Valeri Çeçelaşvili tutub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/394589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR