Abel Məhərrəmov: "2016-cı il xalqımız üçün düşərli olacaq"

Abel Məhərrəmov: "2016-cı il xalqımız üçün düşərli olacaq"
09:52 1 Yanvar 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

İnanıram ki, ötən il olduğu kimi, 2016-cı il də xalqımız üçün düşərli olacaq, ölkəmizin dünya birliyində mövqeyi daha da möhkəmlənəcək, sülh, əmin-amanlıq, sabitlik onun qarşısında yeni üfüqlər açacaqdır.

Bunu Milli.Az-a açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib.

Rektor ilk növbədə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dünya Azərbaycanlılarını və bütün xalqımızı təbrik edib, ən xoş arzularını çatdırıb.

A.Məhərrəmov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu əlamətdar tarix ölkəmizin dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsinə və təşkilatlanma işinə böyük təkan verib: "Soydaşlarımızın qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirən ulu öndər deyib: "Dünya azərbaycanlılarının ancaq bir müstəqil dövləti var. Bu, Azərbaycan Respublikasıdır. Biz hamımız onun ətrafında birləşməliyik".

Rektor həmçinin bildirib ki, bu gün prezident İlham Əliyevin diaspor quruculuğu işinə böyük əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım göstərməsi nəticəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik telləri daha da güclənib və onlar artıq müstəqil dövlətimizin təbliği işinə öz layiqli töhfələrini verirlər: "Prezident İlham Əliyevin dediyi kimi, "Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsi olduqca fərəhləndirici haldır. İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə sanballı töhfələr verirlər".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR