Simon Minyole hamı üçün əlçatmaz oldu

Simon Minyole hamı üçün əlçatmaz oldu
10:12 1 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpool"un qapıçısı Simon Minyole 2015-c ildə qapısını ən çox toxunulmaz saxlayan qolkiper olub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqanın 19-cu turunda "Sunderland"la matçda (0:1) qapısından top buraxmayan Minyole geridə qalan ildə "quru oyunlar"ın sayını 16-a çatdırıb. Belçika millisinin əsas qapıçısı bu göstəricidə "Manchester City"li Co Hartı (15 oyun) geridə qoyub. Sonrakı yerlərdə David de Xea (12 oyun) və Petr Çex (11 oyun) var.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR