Rusiya Türkiyəylə vizasız rejimi dayandırdı

Rusiya Türkiyəylə vizasız rejimi dayandırdı
10:17 1 Yanvar 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən Rusiya Federasiyası ilə Türkiyə arasında vizasız gediş-gəliş rejimi ləğv olunub. Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Rusiyanın hərbi təyyarəsinin Türkiyə-Suriya sərhədindən vurulmasından sonra Moskva tərəfindən verilmiş qərar yanvarın 1-dən etibarən qüvvəyə minib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə danışaraq deyib: "Bu, birbaşa olaraq vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlıdır. Çünki terrorçular Türkiyədən tranzit ölkə kimi istifadə edərək müxtəlif istiqamətlərə yollanırlar". 

Qeyd edək ki, Türkiyə tərəfi ötən ilin dekabr ayının əvvəlində bəyan etmişdi ki, Rusiyaya cavab olaraq eyni addımı atmağa, Rusiya vətəndaşlarına viza rejimi tətbiq etməyə hazırlaşmır.

Ancaq Rusiya Türkiyəyə qarşı iqtisadi və humanitar sahədə bir sıra sanksiyalar tətbiq etməyə başlayıb.

İki ölkə arasında vizasız gediş-gəliş rejimi 2011-ci ildən qüvvədəydi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR