​Salyanda yol qəzası baş verib, 3 nəfər yaralanıb

​Salyanda yol qəzası baş verib, 3 nəfər yaralanıb
10:52 1 Yanvar 2016
58 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 1 yanvar. REPORT. AZ / Yeni ilin ilk günündə Salyanda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.
Aşağı Kürkənd sakini, 26 yaşlı Vasif Məhəbbət oğlu Axundzadə idarə etdiyi "Jiquli" markalı avtomobil ilə hərəkətdə olarkən, qarşıdan gələn digər maşınla toqquşub. Qəza nəticəsində Vasif Axundzadə, sərnişinlərdən Aşağı Kürkənd sakini, 26 yaşlı Murad Xalid oğlu Alışov və Əliyar Nəzirov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR