Əlində fişəng partlayıb, barmağı amputasiya edilib

Əlində fişəng partlayıb, barmağı amputasiya edilib
11:37 1 Yanvar 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayon sakini fişəng atmaq istəyərkən xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.
 
Kənd sakini, 1960-cı il təvəllüdlü Münasib Abbasov yeni il axşamı fişəng atmaq istəyərkən partlayıcı onun əlində açılıb və sağ əlindən xəsarət alıb.
 
Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan M. Abbasovun sağ əlinin birinci barmağı amputasiya edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR