"Qalatasaray" üçün əlverişli təklif

"Qalatasaray" üçün əlverişli təklif
12:05 1 Yanvar 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın xidmətində maraqlı olmadığı futbolçulardan biri də Hamit Altıntopdur. Təcrübəli yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatacaq müqavilə yenilənməyəcək. Baş məşqçi Mustafa Denizli Tarık Camdal, Koray Günter, Cem Pol Karacan, Emre Çolak və Xose Rodriqezlə birlikdə Hamiti də göndəriləcək oyunçuların siyahısına salıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Altıntop artıq Qətərdə oynamaq üçün klub rəhbərliyinə müraciət edəcək. Buna razılaşmaqla İstanbul klubunun rəhbərliyi 1 milyon avro qazanmaqla 6 ay üçün ödənilməli olan 1 milyon 375 min avrodan qurtulmuş olacaq.

Qeyd edək ki, Hamit artıq 3 ildən çoxdur ki, "Qalatasaray"da çıxış edir. 2012-ci ildə "Real"dan 3.5 milyon avro qarşılığındatransfer edilən yarımmüdafiəçi bu vaxta qədər "Cim bom"da 10 milyondan çox pul qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR