Nazir yeni ildə fəhlələrlə qar təmizlədi - VİDEO - FOTO

Nazir yeni ildə fəhlələrlə qar təmizlədi - VİDEO - FOTO
12:05 1 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım yeni ili magistral yolu təmizləyən fəhlələrlə birlikdə qarşılayıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, Binali Yıldırım ölkədə yolların ümumi vəziyyəti barədə jurnalistlərə məlumat verib. 

Dövlət Magistral Yolları idarəsinin Bolu vilayət şöbəsində olan nazir Binali Yıldırım burda fəhlələrlə birlikdə şam edib. Yeməkdən sonra nazir qışda Türkiyənin ən problemli bölgələrindən hesab olunan Boluda fəhlələrlə birlikdə magistral yola baxmağa çıxıb. 

Daha sonra nazir Yıldırım qartəmizləmə avtomobilinə minərək bir müddət yolu təmizləyib. Binali Yıldırım fəhlələrlə paxlava yedikdən sonra burdan uzaqlaşıb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR