"Roma" "Milan"ın furboçusu ilə maraqlanır

"Roma" "Milan"ın furboçusu ilə maraqlanır
12:47 1 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

Hazırda icarə əsasında "Monaco"nun formasını geyən Stefan El-Şaaravi karyerasını "Roma"da davam etdirə bilər. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Xuan İturbeni "Bournemouth"a göndərməyə hazırlaşan "canavarlar" onun mövqeyinə İtaliya millisinin 23 yaşlı futbolçusunu gətirmək istəyir. "Roma"nın idman direktoru Valter Sabatini artıq bu transfer ətrafında danışıqlara başlayıb.

Qeyd edək ki, "Monaco" El-Şaaravinin transfer hüquqlarına sahib çıxmamaq qərarına gəlib. Bu isə o deməkdir ki, italyan yarımmüdafiəçi bu mövsüm "moneqasklar"ın heyətində meydana çıxmayacaq. Əks halda icarə müqaviləsində oyun sayı barədə göstərilən bənd aktivləşəcək və "Monaco" "Milan" klubuna 13 milyon avro ödəməklə futbolçunu satın almaq məcburiyyətində qalacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR