ANS-lə MTRŞ-nın məhkəməsinin vaxtı açıqlandı

ANS-lə MTRŞ-nın məhkəməsinin vaxtı açıqlandı
13:06 1 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

ANS Müstəqil Yayım və Media Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında gedən məhkəmə çəkişməsi davam edir.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, şirkət bu dəfə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadından apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində baxılacaq məhkəmə işinin vaxtı açıqlanıb. Yanvar ayının 8-də keçiriləcək iclasa hakim Sərvət Hüseynov sədrlik edəcək.

Qeyd edək ki, MTRŞ televiziya kanalından "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qarşılıqlı iddianın qaytarılması ilə bağlı qərardad çıxarılıb. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR