Bakıda sürət dəyişikliyi baş verib - FOTO

Bakıda sürət dəyişikliyi baş verib - FOTO
13:27 1 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıdaiki avtomobil yolunda .sürət həddi aşağı salınıb. 

Anspress-in Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumatına görə, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib. 

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.

Hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR