Ər bayram günü arvadının qanını tökdü

Ər bayram günü arvadının qanını tökdü
14:47 1 Yanvar 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan rayonunda bayram günü qadın əri tərəfindən 9 bıçaq zərbəsinə məruz qalıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Hüseynova Xanpəri Xanoğlan qızı həyat yoldaşı, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Əsədov Aslan Yaşılxan oğlu tərəfindən bıçaqlanıb.

9 bıçaq zərbəsi alan 21 yaşılı qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə cərrahiyyə əməliyyatına götürülüb.

A.Əsədov hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hazırda məhkəmədə onların boşanma məsələsinə baxılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR