Prezident: 2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı təxminən 7 faiz artmışdır

15:13 1 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 1 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2015-ci ildə ölkəmizdə kənd təsərrüfatının təxminən 7 faiz artdığını bildirib.
Dövlətimizin başçısı deyib: “Bütövlükdə götürəndə bizim iqtisadi sahədə apardığımız siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyük və tarixi nailiyyətdir. Bu, onu göstərir ki, biz düzgün siyasət aparırıq və gələcəkdə, əlbəttə, Azərbaycan xalqının maraqlarını daim təmin edəcəyik”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezident_2015_ci_ilde_Azerbaycanda_kend_teserrufati_texminen_7_faiz_artmisdir-915805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR