Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdır

Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdır
15:13 1 Yanvar 2016
56 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 1 yanvar, AZƏRTAC
Tərtər rayonu ərazisindəki hərbi hissələrdə keçirilən “Açıq qapı günü”ndə əsgər valideynləri və yaxınları ilə yanaşı rayon icra hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar hərbi hissələrdə əsgərlərin xidmət və məişət şəraiti ilə yaxından tanış olub, inzibati binalara, əsgər yataqxanalarına, yeməkxanalara baş çəkiblər.
“Açıq qapı günü”ndə çıxış edənlər hərbi hissənin şəxsi heyətini və əsgər valdeyinlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən ordu quruculuğundan danışıblar. Bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik ordusuna çevrilib. Azərbaycan ordusu hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdır.
Hərbi hissə ilə tanışlıq zamanı valideynlər Azərbaycan ordusu ilə fəxr etdiklərini bildirib, silahlı qüvvələrimizə göstərilən diqqət və qayğıya görə Preziden İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə rayon icra hakimiyyəti tərəfindən əsgərlərə bayram sovqatı paylanıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ordusu_isgal_olunmus_torpaqlarimizi_azad_etmeye_hazirdir-915804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR