Bayram axşamı Tovuzda 4 nəfər zəhərləndi

Bayram axşamı Tovuzda 4 nəfər zəhərləndi
15:16 1 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mahirə Quliyevanın ANS PRESS-ə verdiyi açıqlamasına görə ikisi bir ailənin üzvi, ikisi isə ayrı-ayrı insanlar olmaqla ümümilikdə 4 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yatırılıb:

"Xəstəxanamıza qida zəhərlənməsi diaqnozu ilə 4 xəstə gətirilib. Onlardan ikisi qohumdur, digər iki nəfər isə ayrı-ayrı insanlardır. Xəstəxanaya gətirilərkən hər 4 nəfərin vəziyyəti ağır olub. Onlara botulizm diaqnozu qoyulub. Xəstələrə dərhal ambulator yardım göstərilərək, evə buraxılıblar", - deyə qurum rəsmisi vurğuladı.

Analoji hal Tovuzda ötən ay da qeydə alınıb. 1 ailənin 2 üzvü pomidor turşusundan zəhərləniblər. Özlərini piss hiss edən ana 39 yaşlı Ruhiyyə Aslanova və onun 20 yaşlı qızı Kəmalə Məmmədova Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Dərhal həkimlər tərəfindən hər iki qadına tibbi yardım göstərilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR