Mədət Quliyev bayram gecəsi sürpriz etdi - FOTO

Mədət Quliyev bayram gecəsi sürpriz etdi - FOTO
15:17 1 Yanvar 2016
333 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev bu saatlarda - Yeni ilin gəlişi ərəfəsində DTX-nin xüsusi qoşun hissəsinə baş çəkib.

DTX-nin mətbuat xidmətindən verilən məlumata görə, xidmət rəisi hərbi hisssəyə döyüşçüləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmək üçün gedib.

Döyüşçülər qarşısında çıxış edən Mədət Quliyev Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin DTX qarşısında qoyduğu yeni vəzifələr haqda danışıb. General əsgərləri Azərbaycan dövlətçiliyi qarşısında səmimi və fədakar xidmət aparmağa çağırıb.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR