Yol qəzasında üç nəfər xəsarət alıb

Yol qəzasında üç nəfər xəsarət alıb
15:32 1 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Bayan küçəsində, Gəncə-Üçtəpə avtomobil yolunda "VAZ 2107" markalı avtomobillə "Opel" markalı avtomobilin toqquşması nəticəsində, 1986-cı il təvəllüdlü Elvin Musayev, 1970-ci il təvəllüdlü Firdovsi Babayev və 1962-ci il təvəllüdlü Kifayət Vəliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR