​Yeni ilin ilk günündə Qazaxda ev yanıb

​Yeni ilin ilk günündə Qazaxda ev yanıb
15:47 1 Yanvar 2016
35 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 1 yanvar. REPORT.AZ/ Yeni ilin ilk günündə Qazaxda ev yanıb. Səhər saatlarından yağan qar da alovun sönməsinə kömək olmayıb.
"Report" xəbər verir ki, yanğın şəhərin Bakı küçəsində, Eldəniz Əzizova məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib.
Hadisə zamanı evin yanar konstruksiyaları və əşyaları 70 kv.m sahədə yanaraq yararsız hala düşüb. Yaşayış binasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. İki avtomobil və xeyli canlı qüvvə yaşayış evində baş verən alovu söndürə bilib.
Yanğının baş vermə səbəbləri araşdırılır.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR