Millimizin üzvü Məkkəyə gedir

Millimizin üzvü Məkkəyə gedir
16:27 1 Yanvar 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin və millimizin üzvü Məhəmməd Mirzəbəyov Məkkəyə gedir. Fanat.az xəbər verir ki, bu barədə o, özü məlumat verib:


“Mənim üçün çox yaxşı keçən 2015-ci ildə 2 klubun şərəfini qorudum. “İnter”lə gümüş medal qazandıqdan sonra “Qəbələ”yə keçdim. Bu, karyeramda irəliyə doğru addım oldu. Çünki yeni komandamla Avropa Liqasının qrup mərhələsinin iştirakçısı oldum. Bu, hər futbolçu üçün böyük əhəmiyyət kəsb edən turnirdir. Belə yarışda çıxış etmək çox faydalıdır. İnanıram ki, 2016-cı ildə də nəticə qazana biləcəyik. Uzun müddətdir ayrı qaldığım ailəmin yanında, Dağıstandayam. İstirahət müddətində bir sıra futbolçularla birgə müqəddəs yer olan Məkkəyə getməyi planlaşdırıram”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-mkky-gedir-t46540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR