Ötən il İran və Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Ötən il İran və Azərbaycan arasında ticarət dövriyyəsi artıb
16:48 1 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 1 yanvar. AZƏRTAC 
Ötən il İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 12 faiz artıb. Yola saldığımız il ölkələrimiz arasında ticarət dövriyyəsində neft bölməsinin payı 500 milyon, qeyri-neft bölməsinin payı isə 600 milyon dollar olub.
Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.
İran-Azərbaycan münasibətlərinin ötənilki inkişaf səviyyəsini yüksək qiymətləndirən səfir bildirib ki, il boyu nazirlər səviyyəsində 18 dəfə qarşılıqlı səfər həyata keçirilib. İran-Azərbaycan müştərək iqtisadi komissiyasının onuncu iclası iki ölkənin iş adamlarının iştirakı ilə Təbriz və Tehran şəhərlərində keçirilib.
Səfir deyib ki, iki ölkə arasında hərbi əməkdaşlıq üzrə müştərək komissiyanın yaradılması barədə razılığın əldə edilməsi 2015-ci ilin ən mühüm hadisələrindən olub. O, İran ilə Azərbaycan arasında dəniz sərnişin nəqliyyat xəttinin işə salınmasının və Bakı-Təbriz uçuşlarının bərpasının 2016-cı ildəki əsas hədəflərdən olduğunu vurğulayıb.
Səfir diqqətə çatdırıb ki, İran-Azərbaycan əlaqələri mədəniyyət sahəsində də yüksəlişə nail olunub. İran keçən il bir milyondan çox azərbaycanlı turisti qəbul edib. Bu il İranda Azərbaycanın, Azərbaycanda isə İranın mədəniyyət həftəsi keçiriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Iran_ve_Azerbaycan_arasinda_ticaret_dovriyyesi_artib-915813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR