Velosipedçilər xüsusi “çempion” köynəyi ilə təltif olunublar

Velosipedçilər xüsusi “çempion” köynəyi ilə təltif olunublar
17:03 1 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 1 yanvar, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyası 2015-ci ildə keçirilmiş şosse yarışlarının nəticəsinə əsasən, öz yaş qrupunda reytinq sıralanmasına başçılıq edən velosipedçiləri xüsusi “çempion” köynəyi və xatirə hədiyyələri ilə təltif edib.
AZƏRTAC xəbər verir ki, mövsümün yekunu olaraq U-15, U-17 və gənclər kateqoriyasında 1-ci yerə 8 nömrəli İdman Olimpiya Məktəbinin yetirmələri layiq görülüb. Tədbirdə müvafiq olaraq David Proherkus, Mikayıl Səfərli və Kənan Qəhrəmanlı mükafatlandırılıblar.
Qeyd edək ki, adları çəkilən idmançılar 2016-cı ildə keçiriləcək bütün ölkədaxili yarışlarda “çempion” köynəyi ilə mübarizə aparacaqlar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Velosipedchiler_xususi_chempion_koyneyi_ile_teltif_olunublar-915816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR