"Restoranlar küçəsi"ndə qəbiristanlıq: içki şüşələri, küçə itləri, səfillər... - Reportaj - FOTO

"Restoranlar küçəsi"ndə qəbiristanlıq: içki şüşələri, küçə itləri, səfillər... - Reportaj - FOTO
17:47 1 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Bu qəbiristanlıqda olan məzarların əksəriyyəti uzun illərdir ziyarət olunmur. Milli.Az musavat.com-a istinadən bildirir ki, qəbirləri toz basıb, ətrafda olan ağaclar qırılaraq məzarları örtüb, qəbiristanlığın ərazisi ilk baxışda zibilxananı xatırladır. Məzarlar sahibsiz olduğu kimi, qəbiristanlıq da sahibsizdir. Buranı nə təmizləyən var, nə də nəzarət edən.

Haqqında danışdığımız məzarlıq Nizami rayonundakı Mikayıl Əliyev küçəsində yerləşir. Bu ünvan daha çox "restoranlar küçəsi" kimi tanınır. Qəbiristanlığın dörd bir yanı restoran və əyləncə mərkəzləri ilə əhatə olunub.

Bu məzarlıqda slavyanlarla yanaşı azərbaycanlılar da dəfn edilib. Amma məzarların çoxu ruslara aiddir. Burada 40-50 il yaşı olan qəbirlər də var. Bəzi məzarlar artıq baxımsızıqdan elə hala düşüb ki, onun yerini müəyyən etmək mümkün deyil. Qəbiristanlıqda yeni məzarlar üçün yer qalmayıb. Bəzi hallarda uzun illərdir sahibsiz qalan, uçan, dağılan qəbirlərin yerində yeni qəbirlər qazılır.

Qəbiristanlığa baş çəkərkən ətrafda dəhşətli üfunət iyi var idi. Məzarların arası spirtli içki şüşələri ilə doludur. Bu qəbiristanlıq gecələr səfil həyat tərzi keçirənlərin, evsizlərin məskəni olur. Gecələr qəbiristanlığa yığışan səfillər hava işıqlanan kimi buradan uzaqlaşırlar. Onlar qəbiristanlığa ziyarətə gələnlərin qəzəbinə tuş gəlməkdən qorxurlar. 
Səhər saatlarında qəbiristanlıqda xeyli molla olur. Ziyarət saatlarını dəqiq bilən mollalar günün digər saatlarında burada olmurlar. Başqa vaxt ziyarətə gələnlər isə divarlara yazılmış mollaların mobil nömrələrinə zəng edərək yasin oxutdurmaq üçün onları çağıra bilirlər. Məzarlıqda günorta saatlarında olduğumuzdan mollalar gözümüzə dəymədi.
Qəbristanlığın ərazisinə atılan zibillər bir neçə yerdə toplanaraq yandırılıb. Əksər məzarlar zibillərin altında qalıb. Qəbiristanlıq həmçinin küçə itlərinin də məskənidir.

Məzarlığa ziyarətə gələnlər az olduğundan qəbirlər baxımsız vəziyyətdədir. Qəbiristanlığın nəzarətçisi də yoxdur. Bütün qapılar açıqdır. Günün istənilən saatında buraya kim nə məqsədlə istəsə gələ bilir.

Yol kənarında rastlaşdığımız molla ilə qəbiristanlıqdakı vəziyyət haqda danışa bildik. Molla danışdıqları ilə qəbristanlıqdakı dəhşətli və acınacaqlı vəziyyəti belə izah edir: "Burda vəziyyət gördüyünüzdən də dəhşətlidir. Bura qəbiristanlıq yox, xarabalıqdır. Ziblllik, küçə itləri, avara adamlar. Bunlar olan yerdə nə olmalıdır?".

Söhbətləşdiyimiz molla deyir ki, 10 ilə yaxındır bu qəbiristanlıqda işləyir, bu müddət ərzində bircə dəfə də olsun ziyarət edilməyən qəbirlər var: "Elə qəbirlər var ki, nə baxılır, nə də təmizlənir. Sahibsiz qalıblar. Rus qəbirlərinin əksəriyyətini ziyarət edən yoxdur. Azərbaycanlılar da bayramdan-bayrama gəlirlər. Ziyarətə gələn məzar daşını silib, təmizlədiyi parçanı belə bura atıb gedir. Qablarda su gətirirlər. Gedəndə də zibili bura atıb gedirlər. Qəbir sahibləri təmizliyə riayyət etmir".

Adını deməkdən imtina edən molla danışır ki, illərlə bura ziyarətə gəlməyənlər, bəzən baxırsan ki, toydan çıxıb bura gəlirlər: "Bir dəfə axşam bura dəfnə gəlmişdik. Qarşıda olan restoranlardan birindən 3-4 nəfər çıxıb bura gəldi. Qəbirlərdən birini ziyarət edib, restorana qayıtdılar. İçkili idilər. Acınacaqlı vəziyyət yaranıb burda. Ziyarətə gələnlərdən xahiş edirik ki, buranı təmiz saxlasınlar. Yaranan vəziyyəti görürsünüz. Artıq burda dəfn üçün yer qalmayıb".

Həqiqətən də qəbiristanlıqda vəziyyət dəhşətlidir. Nizamsız salınan məzarlar qəbristanlıqda hərəkəti də mümkünsüz edib.

Milli.Az
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11