Yaponiyada əhalinin sayı 2015-ci ildə azalmaqda davam edib

Yaponiyada əhalinin sayı 2015-ci ildə azalmaqda davam edib
18:18 1 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 1 yanvar, AZƏRTAC
Yaponiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 2015-ci ildə ölkə əhalisinin sayı son doqquz ildə fasiləsiz olaraq azalmaqda davam edib.
Nazirliyin məlumatında bildirilir ki, ötən il Yaponiyada 1 milyon 8 min uşaq doğulub. Bu, əvvəlki illə müqayisədə 4 min körpə çoxdur və belə artım son 5 ildə ilk dəfə qeydə alınıb.
Eyni zamanda, ötən il Yaponiyada 1 milyon 302 min insan dünyasını dəyişib və bu, müharibədən sonrakı dövrdə qeydə alınan ən yüksək rəqəmdir.
Nəticədə ölkə əhalisinin sayı 294 min nəfər azalıb. Azalmaya səbəb kimi cəmiyyətin sürətlə qocalması göstərilir.
Məlumatda, həmçinin qeyd edilir ki, 2015-ci ildə ölkədə 635 min cütlük nikah müqaviləsi imzalayıb, 225 boşanma faktı qeydə alınıb.
Nazirliyin rəsmi nümayəndələrinin sözlərinə görə, ölümün artmasına səbəb cəmiyyətin kəskin qocalmasıdır. Əhalinin sayının azalmaqda davam edəcəyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyada_ehalinin_sayi_2015_ci_ilde_azalmaqda_davam_edib-915821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR