Evdən 80 minlik qızıl oğurlayan şəxslər yaxalandı

Evdən 80 minlik qızıl oğurlayan şəxslər yaxalandı
18:29 1 Yanvar 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Sabunçu rayonunda evdən oğurluq edən şəxslər yaxalanıb.

 

Lent.az DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 24-dən 31-dək olan müddətdə Sabunçu rayonunda yaşayan Vidadi Hüseynovun evindən pəncərədən girmək yolu ilə məişət əşyaları və dəmir seyfdən qapısı sındırılaraq 80000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Yevgeniy Şepiya və Xalid Gülməmmədov tutulub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR