Bakıda iki ev yandı

Bakıda iki ev yandı
19:24 1 Yanvar 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Yanvarın 1-də Bakıda iki evdə yanğın baş verib.

 

Lent.az FHN-in saytına istinadən xəbər verir ki, Abşeron rayonunda ümumi sahəsi 24 kv.m olan vaqon tipli taxta konstruksiyadan ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Binəqədi rayonunda isə ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR