Belarusda siqaretin qiyməti qalxıb

Belarusda siqaretin qiyməti qalxıb
19:32 1 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Yanvarın 1-dən Belarusda bəzi siqaret markalarının pərakəndə satış qiymətləri artıb.

"Report" "Belta"ya istinadən xəbər verir ki, bu barədə məlumat Belarusun Vergilər və Yığım Nazirliyinin saytında dərc olunub.

Məlumata görə, "Kronon" siqaretinin qiyməti 2,7% (bir qutusu 7.600 rubl), "Fest" 2,7% (7.700), "Minsk" və "Premyer" 2,3% (9.000), "Credo" 2,9% (7.200) bahalaşıb.

Daha çox qiymət artımı "Oscar" markasında müşahidə olunub - 7,6% (14.200 rubl).

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR