Mingəçevirdəki “N” saylı hərbi hissədə bayram tədbiri təşkil olunub

Mingəçevirdəki “N” saylı hərbi hissədə bayram tədbiri təşkil olunub
20:33 1 Yanvar 2016
74 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 1 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Mingəçevir şəhərindəki “N” saylı hərbi hissənin əsgər və zabitləri üçün ikiqat bayram sevinci yaşadıb. Belə ki, hərbi hissədə “Açıq qapı” günü keçirilib və yüz nəfərdən çox əsgər valideyni və məktəblilər onların qonağı olub.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən keçirilən tədbirdə çıxış edən hərbi hissənin komandiri İkram Səfərov son vaxtlar ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işlərdən, xalqla ordunun monolit birliyindən danışıb, xalqın orduya, ordunun xalqa arxalandığını qeyd edib.
Tədbirdə çıxış edən valideynlər gündən-günə qüdrətlənən Azərbaycan Ordusu ilə fəxr etdiklərini, Silahlı Qüvvələrimizə inandıqlarını bildirib, əsgərlərimizə Vətənə şərəflə xidmət etməyi, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanmağı və işğal altında olan ərazilərimizin azadlığı uğrunda Ali Baş Komandanın əmri ilə hər an döyüşə qalxmağa hazır olmağı tövsiyə ediblər. Hərbi hissə rəhbərliyi tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlər təltif edilib, valideynlərə təşəkkür məktubları təqdim olunub.
Əsgər valideynləri, ictimaiyyət nümayəndələri, məktəblilər hərbi hissədə şəxsi heyətin yaşayışı və məişət şəraiti ilə maraqlanıb, yataq yerləri, hamam-camaşırxana və yeməkxanaya baş çəkiblər. Valideynləri maraqlandıran suallar hərbi hissə rəhbərliyi tərəfindən cavablandırılıb.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, şəhid anaları, Böyük Vətən müharibəsi veteranları çıxış edərək bayram münasibətilə əsgər və zabitləri təbrik ediblər. Mingəçevir şəhər mədəniyyət və turizm şöbəsinin musiqiçiləri maraqlı konsert proqramı ilə əsgər və valideynlərdə əsl bayram əhval-ruhiyyəsi yaradıblar. Qonaqlar əsgərlərlə birgə rəqs edib, şənləniblər. Sonra bayram süfrəsi arxasında birgə nahar təşkil olunub.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevirdeki_N_sayli_herbi_hissede_bayram_tedbiri_teskil_olunub-915827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR