Rusların rəqbinin qorxulu silahı

Rusların rəqbinin qorxulu silahı
22:31 1 Yanvar 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Çin ordusu ikinci avasiya daşıyıcısı gəmisini inşa etməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, Çin müdafiə nazirliyi ikinci aviasiya daşıyıcısının tamamilə yerli texnologiya hesabına inşa ediləcəyini bildirib.

Çinin ilk aviasiya daşıyıcısı “Liaoning” Ukraynadan alınıb. O, 1988-ci ildən SSRİ donanmasında “Riqa” adı ilə xidmət edirdi. Gəminin adı 1990-cı ildə "Varyaq”a dəyişdirilmişdi. 1993-cü ildə Rusiya ilə Ukrayna arasında Qara dəniz donanmasının bölünməsi barədə saziş əsasında “Varyaq” Ukraynanın payına düşdü. Həmin vaxt inşa üzrə 67% işlərin görüldüyü gəmidə işlər dayandırıldı və 1998-cu ildə Çinin “Chong Lot Travel Agency Ltd” şirkətinə 20 milyon dollara satılıb. Şirkətin sahibi Syuy Tszenpin daha sonra gəmiyə 120 milyon dollar sərmayə yatırdığını bildirirdi. O, gəmidə üzən kazino düzəldəcəyini iddia edirdi.


“Varyaq” gəmisi İstanbuldan keçir - 2012

Sonra məlum olmuşdu ki, biznesmen gəmini Çin ordusu üçün alıb və onun əsasında Çinin ilk aviasiya daşıyıcısı inşa ediləcək. Bu əhvalat ABŞ-ı da məsələyə qoşulmağa vadar etmişdi. Türkiyə hökuməti 16 ay gəmini boğazdan keçməyə qoymamışdı. Buna görə də “Varyaq”ın yedəklənməsi 627 gün çəkib. 2012-ci ildə İstanbul boğazından keçirilən gəmi Çin ordusuna təhvil verilmişdi.

Çinin Dalian limanında inşa edilən 50 min tonluq gəmi atom yanacağı ilə işləməyəcək. Çin müdafiə nazirliyinin mətbuat katibi Yanq Yucin yeni gəminin yerli mütəxəssislər tərəfindən layihələndirildiyini bildirib. Yeni gəmidə başqaları ilə yanaşı C-15 təyyarələri də yerləşdiriləcək.


Çinin Dalyan limanı (xəritə)

25 sentyabr 2012-ci ildə Dalyan limanında təntənəli mərasim keçirən Çin rəsmən ilk aviasiya daşıyan gəmiyə sahib olduğunu bildirdi. Bu, ABŞ-ı ciddi narahat etməyə başlayır. Ordusu üçün ikinci aviasiya daşıyan gəmi inşa etməyə çalışan Çin iri neft və qaz yataqlarına sahib Cənubi Çin dənizini nəzarətə götürməyə çalışır.

Hazırda Çin ordusu gücünüə görə ABŞ və Rusiyadan sonra üçüncü ordudur. Amma getdikcə güclənən Çin ordusu Rusiyanı arxada qoyaraq ABŞ-ın əsas rəqibinə çevrilə bilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR