Röya əsəbiləşdi: "İlk və son dəfə açıqlama verəcəm"

Röya əsəbiləşdi: "İlk və son dəfə açıqlama verəcəm"
22:52 1 Yanvar 2016
107 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Röya Ayxan türk dilində danışmasını və yazmasını ələ salanlara cavab verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni sevənlərinə müraciət edib:

"Hər kəsin fikrinə sonsuz hörmətim var. Amma İstanbulda etdiyim işlə əlaqədar ilk və son dəfə açıqlama verəcəm: Mənim İnstaqram səhifəmi məhz oradakı işlərimə görə qardaş ölkədəki komanda açdı. Yoxsa bilirsiniz ki, mən sosial şəbəkədə olmağı sevmirəm. Əgər hansısa yazı türkcə qoyulursa, buna hörmətlə yanaşmalısınız. Çünki orada böyük və nəhəng komanda var. Siz işi onlar qədər bilə bilməzsiniz. Canımsınız... Bəsdirin, düşünmədən şərh yazdınız. Adam oralarda biabır olur. 

Məncə siz musiqilərə qiymət verin və mənə inanın. Qalanını özüm edəcəm. Yeri gəlmişkən mən bu dildə çoxdan danışıram. Çünki qardaşlarım 20 ildir orada yaşayır. Hərdən dərin düşünün, bir gün mütləq haqq verəcəksiniz. Bu içdən gələn yazını səmimi qəbul edin, mənim artıq Türkiyədə də sevənlərim var. Bu məni çox sevindirir. Hər kəsə təşəkkürlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/394698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR