​Yəməndə atışma zamanı 6 nəfər ölüb

​Yəməndə atışma zamanı 6 nəfər ölüb
23:02 1 Yanvar 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 yanvar. REPORT.AZ/ Yəmənin Ədən şəhərində hökumətyönlü qüvvələr ilə "Əl-Qaidə" terrorçuları arasında baş verən atışma zamanı 6 nəfər ölüb.
"Report" BBC-yə istinadən xəbər verir ki, ölənlər arasında üç hərbçi və "Əl-Qaidə"yə aid olmaqda şübhəli bilinən üç terrorçu var.
Hökumətyönlü qüvvələr Əbyan əyaləti sərhədi yaxınlığındakı buraxılış məntəqəsində terrorçuların olduğu və silah daşıyan avtomobili yoxlamaq üçün saxlayıblar. Avtomobil Ədən istiqamətində hərəkətdə olub. Yoxlama zamanı atışma başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yemende-atisma-zamani-6-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR