Putin: "NATO Rusiyanın milli təhlükəsizliyini təhdid edir"

Putin: "NATO Rusiyanın milli təhlükəsizliyini təhdid edir"
23:12 1 Yanvar 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin NATO-nun genişlənməsini ölkəsinin milli təhlükəsizliyinə təhdid olaraq, dəyərləndirən strateji sənədi imzalayıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, sənəddə Rusiyanın müstəqil daxili və xarici siyasətinə ABŞ və müttəfiqlərinin təhlükə yaratdığı deyilir.

2014-cü ildə Ukraynada başlayan böhran Rusiya ilə Qərbin münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb olmuşdu.

Həmin il Putinin məsləhətçisi Mixail Popov son illərdə NATO-nun genişlənməsini və Rusiya sərhədlərinə yaxınlaşmasını ölkənin təhlükəsizliyinə təhdid olaraq dəyərləndirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR