Rusların Yeni il coşqusu (VİDEO)

Rusların Yeni il coşqusu (VİDEO)
23:36 1 Yanvar 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

2016-ci ilin gəlişini xüsusi coşquyla qeyd edən ölkələr arasında şimal qonşumuz Rusiya da olub.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Qızıl meydanda keçirilən möhtəşəm atəşfəşanlıq Yeni ilin gəlişindən xəbər verirdi.

Amma ilk dəfə olaraq bu il bu atəşfəşanlığı Qızıl meydanda izləmək sadə vətəndaşlara qismət olmadı. Meydana sadəcə xüsusi dəvətlilər girə bildi. Buna səbəb isə meydanda izdihamın qarşısını almaqdır.

Moskvalılar isə Yeni ili paytaxtın müxtəlif parklarında keçirilən bir-birindən rənglı bayram şənliklərilə qarşıladı. Ümumilikdə, Moskvanın 7 müxtəlif nöqtəsindən atəşfəşanlıqları izləmək mümkündür.

Bayram şənlikləri Moskvanın 40-a yaxın parkında yanvarın 17-dək davam edəcək.

“Bu il hər şey gözəldir. Bizi üzən yalnız yerdə qarın olmasıdır. Ancaq çalışırıq ki, buna görə bayram əhvalımızı pozmayaq. Çünki bayram yeni başlayıb”,- deyə Moskva sakini Svetlana Morozova bildirib.

Vətəndaşların digər arzusu isə Yeni ilin onlara sülh və əmin-amanlıq gətirməsi, iqtisadi böhranın başa çatmasıdır.

Yeni ildə paytax Moskvada ictimai nəqliyyatın gediş qiymətləri çox cüzi bahalaşsa da, Rusiyanın Perm kimi bəzi bölgələrində bu bahalaşmanın 25 faiz olduğu deyilir.

Mokvada 10 gün davam edəcək rəsmi bayram günlərində 300 min polis əməkdaşı ictimai asayişi qoruyacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR